Belçikanın ikinci liqa təmsilçisi "Lokeren" müflis elan olunub.
Apasport.az saytının məlumatına görə, bu barədə yerli Ticarət Məhkəməsi qərar qəbul edib.
Klub rəhbərliyi məhkəmənin bu qərarına etiraz edilməyəcəyini açıqlayıb. "Lokeren" 5 milyon avroluq borcuna görə müflis elan edilib. Artıq bir müddətdir ki, futbolçulara və məşqçilər heyətinə maaş da verilmir.
2014-cü ildə Belçika kubokunu qazanan "Lokeren" ötən il yüksək liqanı tərk edib.
Qeyd edək ki, koronavirus pandemiyasının yaratdığı maliyyə probleminə görə, "Jilina" klubu fəaliyyətini dayandırıb.