VAR ləğv edilir - UEFA

Bu gün UEFA və quruma üzv olan milli assosiasiyaların nümayəndələri arasında videokonfrans keçirilib.

Apasport.az saytının məlumatına görə, toplantıda müzakirə olunan məsələlərdən biri də VAR sistemi olub.

Qitə futbol qurumu Çempionlar Liqası və Avropa Liqasında VAR-ı ləğv etməyi planlaşdırır. Bununla bağlı assosiasiya nümayəndələri də məlumatlandırılıb. Bu qərar yalnız cari mövsümə şamil ediləcək və gələn mövsümdən yenidən sistemdən istifadə olunacaq. UEFA bunu VAR otağında çox adamın olması ilə əlaqələndirib və koronavirus pandemiyasının yayıldığı dönəmdə təhlükəli hesab edir.

Qeyd edək ki, aprelin 23-də UEFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək.