Koronaya yoluxan futbolçu komadan ayıldı


Koronavirusa yoluxan Fransanın “Monpelye”sinin müdafiəçisi Junior Sambiya komadan ayılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə futbolçunun agenti Frederik Qerra məlumat verib.

Onun sözlərinə görə, 23 yaşlı futbolçu süni ağciyər ventilyasiya aparatından ayrılsa da hələ uzun müddət müalicə alacaq.

Sambiya koronavirus əlamətləri ilə aprelin 20-də xəstəxanaya yerləşdirilib və 4 gün sonra reanimasiya şöbəsinə köçürülüb.