"Yuventus" futbolçusu Qonzalo İquainlə müqaviləni ləğv edə bilər.
Goal.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Turin təmsilçisi koronavirus səbəbiylə İtaliyadan kənarda olan futbolçularını geri çağırıb. Klubun argentinalı futbolçunun müqaviləsini ləğv edəcəyi üçün onun geri qayıtmayacağı bildirilir.
Daha əvvəl, karantin qaydalarını pozduğu üçün İquainin klub tərəfindən cəzalandırılacağı deyilirdi.
Qeyd edək ki, 32 yaşlı futbolçunun klubla müqaviləsi 2021-ci ilin iyununda başa çatacaq.