UEFA koronavirusla mübarizə çərçivəsində quruma üzv olan ölkələrin futbol federasiyalarına maliyyə yardımı edib.
Oxu.Az xəbər verir ki, bu barədə qitənin ali futbol qurumu rəsmi saytı vasitəsilə açıqlama yayıb.
Bildirilib ki, 55 ölkəyə ümumilikdə 236,5 milyon avro vəsait ayrılıb.
Məbləğ hazırkı xərcləri ödəmək və yerli futbolu inkişaf etdirmək məqsədilə hərəsinə 4.3 milyon avro olmaqla assosiasiyalar arasında bərabər bölüşdürülüb.