Tbilisi “Dinamo”sunun baş məşqçisi Kaxaber Tsxadadze “Neftçi” ilə oyunlardan danışıb.
Oxu.Az xəbər verir ki, Tsxadadze UEFA Çempionlar Liqasındakı rəqibi barədə bunları deyib:
“Neftçi” Azərbaycan çempionudur və ölkəsində Gürcüstanda “Dinamo” kimi futbol markasıdır. Ciddi rəqibdir və əlbəttə ki, onu qiymətləndiririk. Bu nöqtədə şanslar haqqında danışmaq qəbuledilməzdir. Bu oyunlara yaxşı hazırlaşmaq lazımdır. Planlarımız var, mümkün qədər çox məşq edib, nəticəni mümkün etməlyik”.
Qeyd edək ki, “Neftçi” ilk oyununu 6 və ya 7 iyulda Tbilisidə, cavab görüşünü isə 13 və ya 14 iyulda Bakıda – “Bakcell Arena”da keçirəcək.