Azərbaycanlı güləşçi 0:7 uduzduğu görüşdə erməniyə qalib gəlib, hərbi salam verdi - VİDEO


Azərbaycanın iki yunan-Roma güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatının qızıl medalını qazanıb.

Oxu.Az xəbər verir ki, 48 kq-da mübarizə Fərahim Mustafayev qızıl medal uğrunda türkiyəli Sərvət Anqı ilə qarşılaşıb. Rəqibinə 7:0 hesabı ilə qalib gələn idmançımız qitə çempionu olub.

55 kq-da çıxış edən Fərid Baxışlı finalda Ermənistan təmsilçisi Armen Sukyasyanla qarşılaşıb. 0:7 hesabı ilə geriyə düşməsinə baxmayaraq, əzmkarlıq nümayiş etdirən Baxışlı son bir dəqiqədə yeddi xal götürərək, son xal prinsipi ilə rəqibini məğlub edib. Baxışlı qalib elan olunduqdan sonra əsgər salamı verib.