"Qalatasaray"ın yeni prezidenti Terimlə bağlı qərarı açıqladı

“Qalatasaray”ın yeni prezidenti Burak Elmas komanda ilə müqaviləsi başa çatan Fatih Terimlə bağlı açıqlama verib.
 
Qol.az xəbər verir ki, klub rəhbəri Tvitter səhifəsindəki paylaşımında söz verdiyi kimi, Terimi komandaya qaytardığını bildirib: 
 
“Müqavilə, təqdimat mərasimi kimi proseslərə itiriləcək bir dəqiqə də vaxtımız yoxdur. “Qalatasaray”ın baş məşqçisi Fatih Terimdir. Görüşdük, razılaşdıq, sabahdan etibarən evimizdə - Floryada komandanı məşqə çıxaracaq. Görüləcək çox işimiz var. Birlikdə çox şey bacaracağıq”.

Qeyd edək ki, mayın 31-də "Qalatasaray"la müqaviləsi başa çata Fatih Terim komanda ilə vdalaşaraq ayrılmışdı.