Messi 37 yaşlı Maskeranonun rekordunu təkrarladı

Argentina millisinin hücumçusu Lionel Messi Xavier Maskeranonun milli komandada rekordunu təkrarlayıb.  
Bu “OptaJoao” “Twitter” səhifəsi məlumat yayıb.
Belə ki, L.Messi Amerika kubokunun 3-cü turunda Paraqvaya qarşı oyunda Argentina millisinin heyətində 147-ci oyununa çıxıb.
Bununla da ulduz futbolçu millidə ən çox oyun keçirən 37 yaşlı X.Maskeranoya çatıb.
Qeyd edək ki, oyun Argentinın Paraqvay üzərində minimal hesablı (1:0) qələbəsi ilə yekunlaşıb.
Bu qələbə ilə xalını 7-yə yüksəldən Argentina A qrupunda liderdir.