Seçmə mərhələ: Millimiz İsveçrəyə uduzdu

Çimərlik futbolu üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində ikinci oyununa çıxıb.
"Report"un məlumatına görə, D qrupunda mübarizə aparan yığma Portuqaliyanın Nazare şəhərində İsveçrə seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan yığmasının 5:8 hesablı məğlubiyyəti ilə başa çatıb. Komandanın qollarını 9-cu dəqiqədə Comərd Baxşəliyev, 17, 26 və 31-ci dəqiqələrdə Orxan Məmmədov və 30-cu dəqiqədə Sabir Allahquliyev vurub.
Bu qrupun digər görüşündə Fransa millisi Estoniya üzərində 4:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Azərbaycan qrupdakı sonuncu matçını Estoniyaya qarşı keçirəcək.