İngilis nəşri Şenol Güneşin komandasından yazdı:"Ah, Türkiyə..."

Məlum olduğu kimi, Şenol Güneşin baş məşqçisi olduğu futbol üzrə  Türkiyə milli komandası Avropa çempionatında xal qazana bilməyib. “Sherg.az” “Habertürk”ə istinadən xəbər verir ki, bu, ingilisləri də təəccübləndirib. Məşhur “Daily mail” nəşri bu barədə yazıb: “Türkiyənin çempionatın gizli favoriti olduğu gözlənilirdi. Bir çox mütəxəssislər belə düşünürdü. Amma Şenol Güneşin komandası üç oyundan sonra çox pis nəticə əldə etdi. Bu, unudulmayacaq. Bir qol vurub, səkkizini “yedilər”. Ah, Türkiyə...Nə gözləyirdik, nə oldu. Çempionatı “silkələyəcəkləri” gözlənilirdi, amma özləri “silkələndi”. Sözün əsl mənasında xəyal qırıqlığı oldu. Bundan sonra necə toparlanacaqları bilinmir”.