AVRO-2020: Stadiona girən qadın azarkeşə qadağa qoyuldu

Avropa çempionatının III turunun Finlandiya - Belçika matçında meydana girən qadın azarkeş bir daha oyunları izləyə bilməyəcək.
"Report"un "Mutko protiv" teleqram kanalına istinadən məlumatına görə, Tibb Universitetinin 20 yaşlı tələbəsinin fanat pasportu (Fan ID) blok edilib.
Rusiyanın Sankt-Peterburq şəhərindəki "Qazprom Arena"da keçirilmiş görüş Belçikanın qələbəsi ilə yekunlaşıb - 2:0.