"Neftçi"nin "Spartak"la matçının yeri açıqlandı

“Neftçi”nin təlim-məşq toplanışının ikinci mərhələsində keçirəcəyi sonuncu yoxlama matçının məkanı və başlanma saatı müəyyənləşib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Rusiyanın “Spartak” (Moskva) klubu ilə görüş iyunun 29-da Avstriyanın Fillax şəhərindəki “Sportzentrum Landskron”da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.
Qarşılaşma “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Sloveniyanın Kranyska Qora bölgəsində məskunlaşan "Neftçi" iyunun 21-də Sloveniyanın “Olimpiya” (1:1), 24-də isə “Domjale” (1:2) klubları ilə qarşılaşıb.