AVRO-2020-də 1/4 finalın daha bir cütü dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, Münhendəki qarşılaşmada İtaliya ilə görüşəcək komanda bəlli olub.
Apenninlilərin rəqibi Belçika – Portuqaliya matçında müəyyənləşib. 1:0 hesabı ilə qalib gələn Belçika iyulun 2-də İtaliya ilə üz-üzə gələcək. Almaniyadakı oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, bunadək Bakıdakı 1/4 finalın tərkibi bəlli olub. İyulun 3-dəki qarşılaşmada Çexiya ilə Danimarka üz-üzə gələcək.
AVRO-2020
1/4 final
2 iyul
23:00. Münhen. Belçika – İtaliya
3 iyul
20:00. Bakı. Çexiya - Danimarka