AVRO-2020: Dünya çempionatının finalçıları fərqli rəqiblərlə qarşılaşacaq

AVRO-2020-nin 1/8 final mərhələsi davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün daha iki oyun keçiriləcək.

Bu matçlarda son dünya çempionatının finalçıları fərqli rəqiblərlə üz-üzə gələcək. Kopenhagendə DÇ-2018-in vitse-çempionu Xorvatiya ilə üçqat qitə çempionu İspaniya qarşılaşacaq. Qrup mərhələsində ikinci olan rəqiblərin dueli böyük maraq doğurur.

Kopenhagendəki görüşün qalibi 1/4 finalda Fransa – İsveçrə cütünün güclüsü ilə üz-üzə gələcək. Son dünya çempionu və AVRO-2016-nın finalçısı olan “üçrənglilər” Buxarestdəki qarşılaşmanın aşkar favoritidir.

Qeyd edək ki, bunadək Danimarka, İtaliya, Çexiya və Belçika 1/4 finala yüksəlib. 1/8 final mərhələsinə sabah yekun vurulacaq.

AVRO-2020
1/8 final
28 iyun

20:00. Xorvatiya – İspaniya
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Kopenhagen. “Parken” stadionu

23:00. Fransa – İsveçrə
Baş hakim: Fernando Andres Rapallini (Argentina)
Buxarest. “Nasional” stadionu