Şevçenko: “Komanda mənim quruluşumu tam şəkildə tətbiq etdi”

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko Avropa çempionatının 1/8 final mərhələsində İsveç üzərində qələbəyə münasibət bildirib.
Bu barədə RT məlumat yayıb.
“Cinahlarımızı təhlükəsiz etməyə qərar verdik. Yarımmüdafiəçilərdən çox çalışmalarını istədik, Yarmolenko üçün bəzi mövqelər hazırladıq. Oyunu idarə etməyə çalışdıq, hər zaman alınmadı, ancaq komanda mənim quruluşumu tam şəkildə tətbiq etdi. Biz tələsmirdik, topu cihandan cinaha ötürürdük, ilk qolu da belə vurduq”, - deyə Andrey Şevçenko bildirib.
Onun sözlərinə görə, hər iki komanda yaxşı oyun nümayiş etdirib. Şevçenko həmçinin qeyd edib ki, Ukrayna millisinin qeyri-standart qərarlarla problemi yoxdur, komanda ilk dəqiqələrdən necə oynamalı olduğunu bilib və nəticədə plan işləyib.

“İngiltərə ilə ağır oyun olacaq. Sevinməyə vaxtımız var, sabah isə Romaya uçuruq və hazırlıqlara başlayırıq”, - deyə A.Şevçenko bildirib.

Xatırladaq ki, Ukrayna millisi İsveçrəyə 2:1 hesabı ilə qalib gəlib. Andrey Şevçenkonun yetirmələri 1/4 finalda İngiltərə millisi ilə qarşılaşacaq.