Azərbaycanlı futbolçu karyerasını “Ufa”da davam etdirəcək

Azərbaycanlı futbolçu Azər Əliyev Rusiyanın “Ufa” klubu ilə müqavilə imzalayıb.
Bu barədə Rusiya klubunun rəsmi saytı məlumat yayıb.
Azad agent statusunda olan 27 yaşlı futbolçu ilə bir mövsümlük müqavilə imzalanıb.
Qeyd edək ki, A.Əliyev 2018-ci ilin avqust ayından 2021-ci ilin fevral ayına qədər “Ufa”nın heyətində çıxış edib.
Yarımmüdafiəçi “Ufa” klubunun heyətində 51 oyunda meydana çıxıb, iki dəfə rəqib qapılarına yol tapıb.
Futbolçu “Ufa”dan sonra “Tambov” klubunda çıxış edib. O, Rusiya Premyer Liqasının yaz mövsümündə “Tambov”un heyətində 10 oyun keçirib, bir qol vurub.