Ramil Şeydayev “Sabah”dan ayrıldı, köhnə klubuna qayıtdı 

“Sabah” FK müqavilə müddəti bitən Ramil Şeydayevlə yollarını ayırıb.

Oxu.Az xəbər verir ki, 25 yaşlı hücumçu ötən ilin fevralından bu komandanın üzvü idi. Şeydayev “Sabah”da keçirdiyi 29 oyunda altı qola imza atıb.


Artıq onun yeni klubu da məlumdur. Bu, rəsmən elan olunmasa da, “Qarabağ”dır. Ağdam klubu “Sabaha saxlamırıq” ikili məna verən paylaşım edib və bu gün yeni transferinin adını açıqlayacağını bildirib.


Qeyd edək ki, Ramil Şeydayevin Azərbaycan karyerasında ilk klubu məhz “Qarabağ” olub. O, 2017/18 mövsümündə bu klubda “Trabzonspor”dan icarə əsasında oynayıb.