Portuqaliyalı məşqçi Joze Mourinyo Avro-2020-nin 1/4 final mərhələsi çərçivəsində keçiriləcək qarşılaşmalarla bağlı proqnoz verib.
Bu barədə “Football Italia” məlumat yayıb.
“İngiltərə mütləq yarımfinala çıxacaq. Mən deyərdim ki, Danimarka Çexiyanı keçəcək. Belçika İtaliya ilə? Bu böyük problemdir. Əgər mən “İtaliya” deməsəm, sabah ora enəndə onlar məni öldürəcəklər, ona görə də “İtaliya” deməliyəm. Mən düşünürəm ki, İspaniya İsveçrəyə qalib gələcək, ancaq bu daha bir böyük matçdır”, - deyə J.Mourinyo bildirib.