Türkiyənin “Fənərbağça” futbol klubu keçmiş baş məşqçisi Vitor Pereyra ilə yenidən anlaşdığını açıqlayıb.
Bu barədə ölkə KİV-i məlumat yayıb.
Məlumata əsasən, portuqaliyalı mütəxəssisin son iş yeri Çin Superliqasının “Şanxay Port” komandası olub.
Qeyd edək ki, bundan öncə Pereyra 2015-2016-cı illər mövsümündə “Fənər”i çalışdırıb.