Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenkonun həyat yoldaşı Kristen Pazik yığmanın Avro-2020-dəki son matçı - İngiltərə ilə oyunla ilə bağlı fikirlərini bildirib.
Qol.az xəbər verir ki, İngiltərədə yaşayan keçmiş model İnstaqram səhifəsindəki paylaşımında Ukrayna millisinə dəstəyini göstərib, rəqibi isə qələbə münasibəti ilə təbrik edib:
"Mənim üçün çətin gecə oldu. O qədər həyəcanlı idim ki, hətta oyuna baxa bilmirdim. İngiltərədə yaşamaq, Böyük Britaniya pasportuna sahib olmaq isə işi daha da çətinləşdirirdi. Ancaq mən gənc Ukrayna millisinin etdiklərinə görə çox qürur duydum. Hər kəsə dəstəyinə görə təşəkkürlər. Növbəti hədəfə doğru gedirik. İngiltərə millisini təbrik edirəm".
Xatırladaq ki, Ukraynda millisi 1/4 finalda İngiltərəyə 0:4 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.
Qeyd edək ki, Şevçenko və Kristen cütlüyünün 4 oğlu var.