Pandemiya səbəbindən Tokio Olimpiadasının əksər yarışlarının tamaşaçılarsız keçirilməsi qərara alınıb.
Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Təşkilat Komitəsi Tokio,Tiba, Kanaqava və Saytama prefekturalarında baş tutacaq yarışlara izləyicilərin buraxılmasını qadağan edib.
Bununla yanaşı, iyulun 12-dən etibarən Yaponiya hökumətinin qərarına əsasən, ölkədə fövqəladə vəziyyət tətbiq olunacaq.
Qeyd edək ki, bir müddət öncə Olimpiadanın açılış və bağlanış mərasimlərinin də tamaşaçılarsız keçiriləcəyi açıqlanıb. Hələ ötən ildə yarışlar üçün biletlərin yalnız Yaponiya vətəndaşlarına satılması barədə qərar qəbul edilib.