Avropa çempionatının final qarşılaşmasını idarə edəcək hakimlərin adları açıqlanıb.
“Haber Global” məlumat verir ki, həlledici matçın baş hakimi niderlandlı referi Björn Kuypers olacaq. Ona yan xətt hakimləri Sander van Rukel və Ervin Zeynstra, videoreferilər Bastian Dankert, Pol van Bukel, Kristian Hittelman və Marko Frits, eləcə də dördüncü hakim Karlos del Sorro köməklik edəcəklər.
Qeyd edək ki, İtaliya və İngiltərə seçmələri arasında oynanılacaq AVRO-nun finalı iyulun 11-də Londondakı Uembli stadionunda baş tutacaq.