“Çelsi”, “Real”, “Bayern” və Niderland millisinin keçmiş yarımmüdafiəçisi Aryen Robben 37 yaşında karyerasını başa vurduğunu açıqlayıb.
Bu barədə idmançı özü “Instagram” hesabında yazıb.
“Əziz futbol dostlarım, aktiv futbol karyeramı başa çatdırmaq qərarına gəldim. Çox çətin seçimdir. Hər kəsə ürəkdən dəstəyinə görə təşəkkür edirəm”, - deyə o bildirib.
Xatırladaq ki, futbolçu buna qədər 2019-cu ildə karyerasını bitirdiyini açıqlamışdı. Lakin 2020-ci ildə yenidən meydana qayıdan futbolçu “Qroningen” klubu ilə müqavilə imzalayıb.