Apasport.az saytının məlumatına görə, tədbirdə Azərbaycan klublarının potensial rəqibləri də bəlli olub.
“Qarabağ”, “Sumqayıt” və “Keşlə” II təsnifat mərhələsini adlasa, hansı cütlə qarşılaşacağı müəyyənləşib.
“Qarabağ” – “Aşdod” (İsrail) cütünün qalibi AEL (Kipr) – “Vlajnia” (Albaniya) güclüsü ilə görüşəcək. Komandamız ilk oyunu rəqib meydanında keçiriləcək.
“Çukariçki” (Serbiya) – “Sumqayıt” matçlarında tur adlayan komandanın rəqibi “Hammarbü” (İsveç) – “Maribor” (Sloveniya) cütündə bəlli olacaq. Bu mərhələdə ilk matça təmsilçimiz ev sahibliyi edəcək.
“Soçi” (Rusiya) - “Keşlə” cütünün qalibi isə “Partizan” (Serbiya) – “Dunayska Ştreda” (Slovakiya) ilə qarşılaşacaq. Təmsilçimiz mərhələ keçsə, növbəti raunda evdə başlayacaq.
Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları avqustun 5-də və 12-də keçiriləcək.