"Yuventus" futbolçusu Merih Demiralın transfer dəyərini müəyyənləşdirib.
Qol.az goal.com-a istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçini heyətinə qatmaq istəyən klublar 40 milyon avro ödəməli olacaqlar. Lakin Demiralın Turin təmsilçisindən gedib-getməyəcəyinə baş məşqçi Massimiliano Alleqri qərar verəcək. Türkiyə millisinin üzvü ilə "Roma" və "Atalanta" da yaxından maraqlanır.
Qeyd edək ki, Demiral "Yuventus"a 2019-cu ildə 18 milyon avro qarşılığında "Sassuolo"dan keçib.