Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxış edəcək Azərbaycan taekvondoçularının ilk rəqibləri bəlli olub.
Oxu.Az xəbər verir ki, 80 kq çəki dərəcəsindəki Milad Beiqi ilk olaraq Tayvanı təmsil edən Vey-Tinq Liu ilə üz-üzə gələcək.
Qadın taekvondoçu, Azərbaycanın iki bayraqdarından biri olan Fəridə Əzizova (-67 kq) isə Peyc Makfersonla (ABŞ) görüşəcək.
Qeyd edək ki, taekvonda yarışlarına iyulun 24-də start veriləcək. Hər iki idmançımız mübarizəyə iyulun 26-da 1/8 final mərhələsindən başlayacaq.