Polşanın "Legiya" komandasının 2021/2022 mövsümündə istifadə edəcəyi oyun formaları təqdim olunub.
"Report"un məlumatına görə, Varşava təmsilçisinin yeni geyim dəstlərini Azərbaycan millisinin hücumçusu Mahir Emreli təqdim edib.
Qeyd edək ki, 24 yaşlı forvard "Legiya"nın heyətində meydana çıxdığı 4 rəsmi oyunda 3 qol vurub.