MDB Oyunları: Azərbaycanın 2 karateçisi bürünc medal qazanıb


Azərbaycanın iki karateçisi Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında bürünc medal qazanıb.

"Report"un Tatarıstan paytaxtına ezam olunan əməkdaşının məlumatına görə, kata yarışlarında Ceyhun İsmayılov, kumite növündə isə Mədinə Sadıqova (67 kq) fəxri kürsüyə qalxıb.

Onlar medal görüşündə özbəkistanlı rəqiblərinə qalib gəliblər. İsmayılov Samandarbek Abdiyevdən, Sadıqova isə Fotima Ostanovadan üstün olub.