MDB Oyunları: Azərbaycan badmintonçusu finala yüksəlib

Azərbaycan badmintonçusu Diki Pangestu oğlanların fərdi yarışında yarımfinal görüşünə çıxıb.

"Report"un Tatarıstan paytaxtına ezam olunan əməkdaşının məlumatına görə, o, finala gedən yolda Rusiya təmsilçisi Georgi Lebedevlə qarşılaşıb.

Rəqibinə 2:1 hesabı ilə qalib gələn idmançı müvafiq kateqoriyada həlledici oyuna vəsiqə qazanıb. Pangestu finalda qrup mərhələsində 2:0 hesabı ilə məğlub etdiyi qazaxıstanlı Dmitri Panarinlə üz-üzə gələcək.

Final görüşü Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

12:33
Azərbaycan badmintonçuları Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında bürünc medal qazanıb.

"Report"un Tatarıstan paytaxtına ezam olunan əməkdaşının məlumatına görə, qarışıq-qoşada mübarizə aparan Aqil Qəbilov / Era Maftuha cütü yarımfinalda Rusiyanı təmsil edən Pavel Moniç / Regina Qaliaxmetova cütünə məğlub olmaqla, 3-cü yer tutub.

Qeyd edək ki, hazırda aktivində 13 qızıl, 11 gümüş və 27 bürünc medal olan Azərbaycan 3-cü pillədə qərarlaşıb.