MDB Oyunları: Azərbaycan karateçiləri qızıl və gümüş medallar qazandı

Azərbaycan karateçiləri Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşlərinə çıxıblar.

“Report”un məlumatına görə, 50 kq-da mübarizə aparan idmançımız İnci Əzizova özbəkistanlı Nəsibəbanu Narbayeva ilə final görüşünə çıxıb.

Rəqibini 5:1 hesabı ilə məğlub edən Əzizova yarışın qalibi olub.

Əlavə olaraq, 60 kq-da çıxış edən Əminağa Quliyev qazaxıstanlı Yerkinbek Bayturbayevlə qüvvəsini sınayıb. Rəqibinə 0:3 hesabı ilə uduzan Quliyev ikinci yeri tutub.

İdmançımız Həsənəli Həsənov da kata yarışlarında qızıl medal uğrunda rusiyalı Danila Brantovla qarşılaşıb.

Rəqibinə uduzan Həsənov gümüş medalla kifayətlənib.