"Real Madrid"in hücumçusu La Liqanın tarixinə düşüb


Real Madridin hücumçusu La Liqanın tarixinə düşübKərim Benzema
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema La Liqanın tarixinə düşüb.

"Report"un məlumatına görə, 34 yaşlı hücumçu buna IV turda "Selta Viqo" ilə oyunda het-trik etməklə nail olub.

Beləliklə, Benzema çempionatda 197 dəfə fərqlənib. O, 195 qol vurmuş "Valensiya"nın sabiq oyunçusu Edmundo Suaresi geridə qoyub və ən çox qol vuran futbolçular siyasında 10-cu pilləyə yüksəlib.

Qeyd edək ki, "Real Madrid" "Selta Viqo"ya 5:2 hesabı ilə qalib gəlib. Hazırda La Liqanın bombardiri 474 qolla Fransa PSJ-sində çıxış edən "Barselona"nın sabiq forvardı Lionel Messidir.