Pelenin əməliyyatdan sonra ilk görüntüsü yayıldı - FOTO

Futbol üzrə üçqat dünya çempionu Pele bir-iki gün ərzində xəstəxanadan evə buraxılacaq.
Bu barədə braziliyalı futbol əfsanəsinin qızı Keli Nasimenta özünün “Instagram” səhifəsində bildirib.
Onun sözlərinə görə, əməliyyatdan sonra Pele yaxşı vəziyyətdədir, ağrısı yoxdur və əhvali-ruhiyyəsi yaxşıdır. Onun səhhəti bir-iki gün ərzində adi palataya köçürülməsinə imkan verir, bundan sonra isə o, evinə göndəriləcək.
Qeyd edək ki, sentyabrın 6-da Pele əməliyyat olunmuşdu. Onun yoğun bağırsağında şiş aşkarlanmışdı.