Devid Bekhemin oğlu peşəkar futbolda debüt edib - FOTO


İngiltərənin əfsanəvi futbolçusu Devid Bekhemin oğlu Romeo peşəkar futbolda debüt edib. O, sentyabrın 19-da USL-ın Birinci Liqasında “Tormenty” ilə qarşılaşan “Fort Loderdeyl” komandasının tərkibində oynayıb.
Məşhur oyunçunun oğlu, atası kimi sağ cinahda oynayacaq.
Romeo Bekhem karyerasında ilk peşəkar müqaviləsini sentyabrın 4-də imzalayıb. 19 yaşlı oyunçu MLS-də çıxış edən “İnter”in (Mayami) rezerv komandası olan “Fort Loderdeyl” ilə razılaşıb. Mütəxəssislərin fikrincə, o həm hücumda, həm də müdafiədə oynamağı bacaran çox yönlü sağ yarımmüdafiəçidir.