Ramil Şeydayevin sabiq klubu Rusiya kubokunda tarixi qələbə qazanıb

Rusiyanın "Krılya Sovetov" komandası ölkə kubokunda tarixi qələbəyə imza atıb.

"Report"un məlumatına görə, Samara təmsilçisi IX qrupdakı ikinci matçında səfərdə "Znamya" klubunu 10:0 hesabı ilə məğlub edib. Qonaqların heyətində qolları Daniil Lipovoy, Dmitri Tsıpçenko (3), Sergey Pinyayev (2), Denis Yakuba, İvan Sergeyev (2) və Qlen Beyl vurublar.

Bu, 1992-ci ildən keçirilən Rusiya kubokunda ən böyük hesablı qələbədir. Daha əvvəl "Uralmaş" - "Okean" matçında meydan sahibləri 8 cavabsız qol vurublar. Bu oyun 1992-ci ildə baş tutub.

Qeyd edək ki, Azərbaycan millisinin və "Qarabağ"ın hücumçusu Ramil Şeydayev 2018/2019 mövsümündə "Krılya Sovetov" klubunun formasını geyinib.