Eduard Məmmədov növbəti dünya çempionatında iştirak edəcək  - HEYƏT

Kikboksinq üzrə milli komandamızın İtaliyanın kurort şəhəri olan Yezoloda böyüklər və veteranlar arasında keçiriləcək dünya çempionatındakı heyəti bəlli olub.

Oxu.Az-ın xəbərinə görə, 29 idmançı yarışa yola düşüb.

Bunlardan biri türk əsilli qadın idmançımız Fatma Nehir Rəcəbzadə, 28-i isə kişi kikboksçulardır. Həmçinin bu idmançılardan 25-i böyüklərdən ibarət millimizin üzvləridirsə, Eduard Məmmədov da daxil olmaqla 4-ü veteranlardır. 

Dünya çempionumuz Ramal Aslanov Azərbaycan Kikboksinq Federasiyasının (AKF) I vitse-prezidenti və millinin kapitanı kimi döyüşəcək. Həmçinin federasiyanın baş katibi və milli komandanın rəisi Sadıx Bağırov da veteranlarda yarışacaq.

Low kick: Fatma Rəcəbzadə (-48 kq), Ayxan Məmmədzadə (-51 kq), Vüsal Kazımov (-54 kq), Anar Məmmədov (-57 kq), Qiyas Şahmərdanov (-60 kq), Arzuman Qədimov (-63,5 kq), Qəşəm Məmmədov (-67 kq), Rəhim Əliyev (-71 kq), Ramal Aslanov (-75 kq), Elcan Alkişiyev (-81 kq), Fuad Haşimi (+91 kq);

K-1: Əsgər Rəhimov (-57 kq), Nicat Quliyev (-60 kq), Ruslan Nağıyev (-71 kq), Elxan Əliyev (-75 kq), Xəyal İsmayılov (-81 kq), Asəf Aslanov (-91 kq), Bəhram Rəcəbzadə (+91 kq);

Full Contact: Camal Məmmədov (-54 kq), Ramiz Məmmədov (-57 kq), Elməddin Baxşəliyev (-67 kq), Elşad Şahbazov (-75 kq);

Kick Light: Məhəmməd İmanov (-57 kq), Ruslan Musayev (-67 kq), Hüseyn Hacıyev (-74 kq);

Light Contact (veteran): Sadıx Bağırov (-63 kq);

Kick Light (veteranlar): Eduard Məmmədov (-63 kq), Telman Məhərrəmov (-94 kq), Emin Abdullayev (+94 kq).

WAKO beynəlxalq dərəcəli AKF-nın Hakimlər Heyətinin sədri Aydın Ağabəyov, Məhəmməd Babayev və Anar Məmmədov isə hakimlik edəcək.

Lisenziya xarakteri daşıyan bu dünya çempionatında kikboksinqin K-1 üslubu olan -63,5 kq, -75 kq və +91 kq çəki dərəcələrində 1/4 final mərhələsinə yüksələn idmançılar növbəti ilin iyul ayının 7-dən 17-dək ABŞ-ın Alabama ştatının Birminqem şəhərində keçiriləcək Dünya Oyunlarına vəsiqə qazanacaq. Bu baxımdan Elxan Əliyev və dünya çempionumuz Bəhram Rəcəbzadənin Dünya Oyunlarına vəsiqə qazanmaq şansı var. 

Qeyd edək ki, milli komandamız bu gün Ukraynanın paytaxtı Kiyevə, oradan da İtaliyaya yola düşüb.