Elnur Əşrəfoğlu "Qarabağ" - "Kayrat" oyunundan əvvəl anılıb

Koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist Elnur Əşrəfoğlunun xatirəsi "Qarabağ" və Qazaxıstanın "Kayrat" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl anılıb.
"Report"un məlumatına görə, Ağdam klubunun təşəbbüsü ilə matçın başlamasına bir saat qalmış Tofiq Bəhramov adına Respublika stadionunun bütün tablolarında Əşrəfoğlunun fotosu əks olunub.

Qeyd edək ki, "Qarabağ" - "Kayrat" oyunu bu gün saat 20:45-də başlanacaq.

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb. O, oktyabrın 19-da müalicə olunduğu xəstəxanada vəfat edib.