“Mançester Yunayted”in yeni baş məşqçisi məlum oldu

“Mançester Yunayted”in yeni baş məşqçisi məlum olub.
Xarici KİV-də yayılan məlumatlara görə, “mankunianlar” almaniyalı Ralf Ranqniklə razılaşıb.
İddia olunur ki, hazırda Rusiyanın "Lokomotiv" (Moskva) klubunda məsləhətçi vəzifəsində çalışan 63 yaşlı almaniyalı mütəxəssislə cari mövsümün sonunadək müqavilə imzalanacaq. Yeni mövsümdən isə o, iki il ərzində klub rəhbərliyində yer alacaq.
Qeyd edək ki, Ole Qunnar Sulşerin gedişindən sonra “Mançester Yunayted”i müvəqqəti olaraq Maykl Karrik çalışdırır.