Sərgən Yalçın “Beşiktaş”ın baş məşqçisi postundan istefa verəcək

İstanbulun “Beşiktaş” komandasının baş məşqçisi Sərgən Yalçın istefa verəcək.
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
S. Yalçın bu gün “Beşiktaş” klubunun prezidenti Əhməd Nur Çebi ilə görüşdə istefa barədə ərizəsini təqdim edəcək.
Ancaq istefası qəbul edilməyəcəyi təqdirdə S. Yalçın müqaviləyə uyğun olaraq vəzifəsini davam etdirəcək.
Qeyd edək ki, ötən mövsüm “Beşiktaş” S. Yalçının rəhbərliyi altında Türkiyə Superliqasının çempionu olub. Ancaq bu mövsüm komanda uğursuz çıxışı ilə diqqət çəkir.