Gənclər və idman nazirinin müavinləri işdən çıxarılıb, yeniləri təyin olunub

Azərbaycanın gənclər və idman nazirinin iki müavini vəzifəsindən azad olunublar.
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli Sərəncamları ilə İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər.
Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli, digər Sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifələrinə təyin ediliblər.