“Qızıl top”un qalibi bu gün bəlli olacaq


Bu gün 2021-ci il üçün dünyanın ən yaxşı futbolçusu - “Qızıl top”un qalibi açıqlanacaq. Mükafatlandırma mərasimi Parisin “Şatele” Teatrında baş tutacaq və Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

“France Football” nəşri tərəfindən təqdim olunan “Qızıl top” mükafatı 1956-cı ildən bəri hər il verilir. Təkcə 2020-ci ildə keçiriləcək mərasim koronavirus pandemiyası səbəbindən ləğv edilib.

“Şatele”də keçiriləcək mərasimdə daha üç mükafatın qalibi elan olunacaq:  Dünyanın ən yaxşı futbolçusu (ona da “Qızıl Top” veriləcək), “Kopa Trofi”nin (21 yaşa qədər dünyanın ən yaxşı futbolçusu) və Lev Yaşin adına mükafat (dünyanın ən yaxşı qapıçısı üçün) qaliblərə təqdim olunacaq.