UEFA Mahir Emrelini "Qalatasaray"ın yarımmüdafiəçisi ilə müqayisə edib

UEFA Avropa Liqasının rəsmi instaqram səhifəsi maraqlı sorğu keçirib.

"Report" xəbər verir ki, turnirin sosial şəbəkə hesabında Azərbaycan millisinin və Polşa "Legiya"sının hücumçusu Mahir Emreli ilə Türkiyə yığmasının və "Qalatasaray"ın yarımmüdafiəçisi Kerem Aktürkoğlunun fotosu paylaşılıb.

Paylaşımın üzərində isə "Mahir Emreli, yoxsa Kerem Aktürkoğlu?" sözləri yazılıb.