Felipe Melo klubsuz qaldı

Braziliyanın “Palmeyras” klubu futbolçusu Felipe Melo ilə yollarını ayırıb.

Sherg.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 38 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsi yenilənməyib. Melo 2017-ci ildən “Palmeyras”da çıxış edirdi.

Qeyd edək ki, braziliyalı futbolçu karyerası ərzində ölkəsində “Flamenqo”, “Qremio”, “Kruzeyro”, İtaliyada “Fiorentina”, “Yuventus”, “İnter”, Türkiyədə “Qalatasaray”, İspaniyada “Malyorka”, “Rasinq”, “Almeriya” kimi klublarda da oynayıb.