Fərid Mansurov nazirlikdən getdi, yeni vəzifəyə TƏYİN OLUNDU - YENİLƏNİB


Gənclər və İdman Nazirliyi Fərid Mansurovun vəzifəsindən azad edilməsi xəbərini təsdiqləyib.

Bununla bağlı qurumun mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, gənclər və idman nazirinin əmri ilə Fərid Mansurov nazirliyin İdman şöbəsinin müdiri vəzifəsindən azad edilib. 

Nazirin digər əmri ilə F.Mansurov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru təyin edilib.

10:12

Gənclər və İdman Nazirliyində gözlənilən növbəti yerdəyişmə baş verib.

Oxu.Az-ın xəbərinə görə, yeni nazir Fərid Qayıbovun gəlişindən sonra ayrılacağı gözlənilən yunan-Roma güləşi üzrə Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov postundan gedib.

O, nazirlikdə tutduğu İdman şöbəsi müdiri vəzifəsindən ayrılıb. Onun Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına prorektor təyinatı barədə xəbərin yaxın günlərdə elan olunacağı gözlənilir.

Qeyd edək ki, Fərid Mansurovun vəzifəsindən gedəcəyini ilk olaraq sportinfo.az saytı xəbər verib.