Falako ilə yeni müqavilə imzalanır

İspaniyanın “Rayo Valyekano” klubu hücumçusu Radamel Falkao ilə müqaviləni uzadacaq.

Qol.az xəbər verir ki, La Liqa təmsilçisi 35 yaşlı futbolçu ilə razılıq əldə edib. Bu barədə “Marca” nəşri məlumat yayıb.

Falkao “Rayo Valyekano” ilə 2023-cü ilin yayına qədər sözləşmə imzalayacaq.

Qeyd edək ki, kolumbiyalı hücumçu bu mövsüm La Liqada 11 oyunda 5 qol vurub.