PSJ Zidanla razılığa gəldi

PSJ "Real"ın sabiq baş məşqçisi Zinəddin Zidanla razılığa gəlib.

Qol.az "Sport.es"ə istinadən xəbər verir ki, Paris təmsilçisi fransalı mütəxəssislə şəxsi müqavilə detallarında da ortaq məxrəcə gəliblər.

Zidan yayda yeni işinə başlayacaq. 50 yaşlı mütəxəssis baş məşqçi vəzifəsində hazırkı çalışdırıcı Maurisio Poçettinonu əvəzləyəcək.

Qeyd edək ki, Zinəddin Zidan 2021-ci ilin yayından klubsuzdur. O, "Real"la 11 kubok qazanıb.