Mahir Emreli “Legia” klubunu məhkəməyə verib


Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli hazırda çıxış etdiyi Polşanın “Legiya” klubunu məhkəməyə verib.

Xarici KİV-ə istinadən yayılan məlumata görə, 25 yaşlı hücumçu klubdan maaşının qalan hissəsini ödəməsini və müqaviləyə xitam verilməsini tələb edir.

Qeyd edək ki, M.Emreli komandanın məşqinə qatılmayıb. O, azarkeşlərin hücumu nəticəsində psixoloji travma aldığını və bu hadisədən sonra Varşava komandasında qalmasını mümkünsüz hesab etdiyini bildirib.