"İndi özümü "Neftçi"də qarşıya qoyulan məqsədlərə çatmaq üçün daha hazır hesab edirəm".
"Report"un məlumatına görə, bunu "Neftçi"nin braziliyalı futbolçusu Ramon Maçado ölkəsinin mətbuatına açıqlamasında deyib.
31 yaşlı hücumçu bildirib ki, azarkeşlər artıq onun timsalında meydanda daha güclü və həlledici oyunçu görəcəklər: "İnanıram ki, onların ümidlərini doğruldacağam".
Təcrübəli forvard 2022-ci ildən ümidli olduğunu söyləyib: "Neftçi"nin hədəflərinə çatması üçün daha çox oynamaq, qol vurmaq və faydalı olmaq istəyirəm".
Qeyd edək ki, Ramon Maçado "Neftçi" ilə 1 illik müqavilə imzalayıb.