"Legiya" Mahir Emreli ilə bağlı bəyanat yayıb


Polşa "Legiya"sı Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı bəyanat yayıb.
"Report"un məlumatına görə, bəyanatda 25 yaşlı hücumçunun müqavilə ilə Varşava təmsilçisinə məxsus olduğu bildirilib.
"Klub dəfələrlə oyunçunu komandaya qayıtmağa və müqavilə öhdəliklərini yerinə yetirməyə çağırıb, həmçinin ona lazım olan bütün dəstəyi təklif edib".