Qolovin karyerasını Premyer Liqada davam etdirə bilər

"Monako"nun yarımmüdafiəçisi Aleksandr Qolovin karyerasını Premyer Liqada davam etdirə bilər.
"Sherg.az" "sports.ru" saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi "Nyukasl" futbol klubu ilə maraqlanır.
"Transfermarkt"də Rusiya millisinin oyunçusunun 25 milyon avro dəyərinin olduğu qeyd olunub.

Qeyd edək ki, Qolovin 27 iyul 2018-ci ildə AS Monako ilə beş illik müqavilə imzalayıb. O, indiyədək "Ligue 1"də 13 oyun keçirib və 2 qol vurub.

Xanlar ƏLİBƏY